Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası Ədliyyə Naziri Cənab F.Məmmədova

Mövzu: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən halal məhsullarla əlaqədar AZS 731-2012 "Halal qida ümumi tələblər", AZS 372-2012 "Halal ət məhsulları istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər", AZS 386-2012 ""Halal" terminin istifadəsi üzrə ümumi qaydalar"ın Azərbaycan Respublikası Konstitusiyasına və digər normativ hüquqi aktlarla əlaqəli şəkildə rəy verilməsi barədə

Müraciət

Hörmətli Fikrət müəllim!

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təsdiq edilmiş yuxarıda sözügedən “qayda” ların adlarından, bu “qayda” larda nəzərdə tutulan predmetdən, eləcə də “qayda” ların məzmunundan görünür ki, qeyd olunan qaydalarda dövlət standartları ilə tənzimlənməli olmayan əsrlər boyu islam dininin qanunları ilə müəyyən edilən, sırf şəri səciyyə daşıyan “halallıq” məsələləri əks olunmuşdur. “Halal qida” ümumi tələblər”adlanan (AZ S 731-2012) sənəddən görünür ki, “bu layihə” İslam Konfransı təşkilatının mütəxəsis qrupu tərəfindən hazırlanaraq İslam ölkələrinin Standartlaşdırma, Metrologiya insitutu (SMİİC) tərəfindən uyğuşlaşdırılan və “halal qida” standartları layihəsi əsas götürülərək TSİ-nin Qida Məhsulları İxtisas Qrupu tərəindən hazırlanmışdır. Bu standartdakı islam qaydaları termini, fərqli ölkələrdəki müxtəlif tətbiqlərə baxılmadan islama dair ümumi qəbul edilmiş qaydalara və inanclara cavab verir “(bax qaydaların “Giriş” hissəsi)

“General Guidelines on halal food” standartın autentik tərcüməsi əsasında işlənib hazırlanan “Halal qida” ümumi tələblər (731-2012) dövlət standartının “tətbiqi sahəsi” adlanan 1-ci bəndində göstərilmişdir ki, “Bu standart, islam qaydalarına uyğun qida məhsullarının hazırlanması məqsədi ilə qida zincirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib boşaldılması, nəql edilməsi, paylanması, saxlanması və xidmət edilməsi mərhələlərində riayət edilməsi və vacib olan ümumi qaydaları əhatə edir”.

Komitə tərəfindən təsdiq edilmiş (AZS 731-2012)dövlət standartlarının 3.1-ci bəndində göstərilmişdir ki, islam qaydaları “Mənbəyi Qurani-Kərimdən və Məhəmməd peyğənbərin (s.ə.s) tətbiqlərindən (sünnə) olan və Allahın (s.s) müsəlmanlar üçün əmr etdiyi bütün qaydalardır.

“Halal qida” adlanan 3.2-ci bənddə isə göstərilmişdir.

“İslam qaydaları çərçivəsində istehsalına icazə verilən və bu standartda verilən qaydalara uyğun olan qida və içkilər” halal qidalardır.

Komitə tərəfindən qəbul edilən bu rəsmi sənədin “qaydalar” adlanan 5.1.1.1-ci (halal heyvanlar) bəndində mal, öküz, qoyun, keçi, dəvə, qaz, ördək və hind toyuqu əhilləşdirilmiş heyvanlar; maral, antilop, dağ keçisi, mal və bunlar kimi yırtıcı olmayan vəhşi heyvanlar; göyərçin, sərçə, bildirçin, sığırçın və dəvəquşu kimi yırtıcı olmayan heyvanların halal heyvanlar olaraq qəbul edildiyi; donuz, it və oxşar növlər, Allahın (s.s) adı anılmadan kəsilmiş heyvanlar, islam qaydalarına zidd olaraq kəsilmiş heyvanlar, sıçovul, qajan , əqrəb, ilan, vəhşi arılar və buna bənzər həşəratlar və zərərli heyvanlar, islamda öldürülməsi qadağan olunan baları şanapipik kimi heyvanlar, uzunqulaq və qatırlar bilərəkdən və davamlı olaraq halal olmayan yemlə bəslənən ferma heyvanları, halal olmayan heyvanlardan əldə edilən məhsullar və s. halal sayılmayan heyvanlar kimi göstərilmişdir.

Hər növ məhsulları halal hesab etməyən 5.1.5-ci bənddə göstərilmişdir ki, “Sidik, ətənə, peyin, quşuntu, irin (sperma) insanlardan və heyvanların bədən dəliklərindən çıxaran yumurta kimi hər növ çirkin maddələr, insan bədəninin hər hansı bir hissəsinin istehlakı da halal sayılmır. Komitə tərəfindən qəbul, təsdiq və rəsmi nəşr edilmiş “Halal qida” ümumi tələblər (731-2014) dövlət standartlarında “heyvanların kəsilmə qaydaları” (5.2) “qida əməliyyatı” (6-cı bənd) “Avadanlıqlar, vasitələr və istehsal xətləri” (maddə 7) və s. məsələlər öz əksini taparaq göstərilmişdir ki, “Kəsim işləri aparan qəssabın gigeniya-sanitariya və halal kəsim mövzusunda səlahiyyətli orqan tərəfindən alınmış sertifikatı olmalıdır” (5.2.2 b)

“Heyvan qaldırıldıqdan və ya üzü Qibləyə (Məkkə tərəfə) baxacaq şəkildə çevrilərkən sol tərəfinə yatırıldıqdan sonra kəsilməlidir” (5.2.6.1.5 a) “heyvanın kəsimi zamanı qəssab “Allahın adı ilə” mənasını verən “BİSMİLLAH” kəlməsini deməli və Allahın adından başqa ad deməməlidir, əks təqdirdə kəsim halal sayılmaz” sonra hər bir heyvanın kəsimində halal kəsim üçün Allahın adı təkrar edilməlidir. (5.2.6.1.5 v)

“Qəssab mexanik bıçağı işlətmədən əvvəl “BİSMİLLAH” kəlməsini deməli və kəsilən sahəsini tərk etməməlidir. (5.2.6.2.3.1 b) eyni ilə mexaniki kəsim adlanan 5.2.6.2.3.1-ci bəndin c), d) hissələrində də “BİSMİLLAH” ifadəsi, 6 və 7-ci bəndlərin a) hissəsində “islam qaydalarına” və s. bu kimi şəri ifadələr işlədilmişdir. Eyni ifadələr “Halal” ət məhsulları (AZS 372-2012) “Halal” terminin istifadəsi üzrə ümumi Qaydalar (AZS 386-2012) dövlət standartlarında da işlədilmişdir.

Nəzərə alınmalıdır ki, bu qaydalar nəinki dünyəvi və hüquqi dövlət olan Azərbaycan Dövlətinin, o cümlədən dövlət qruluşuna əsasən İslam dövlətlərinin (İran, Pakistan və s.) və ya bu dövlətlərin standartlaşdırma ilə bağlı dövlət qrumunun deyil, İslam dinin qaydalarıdır və sırf "şəri" səciyyəsi xarakteri daşıyır.

Hesab edirik ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yuxarıda qeyd olunan məsələlərlə bağlı normativ-hüquqi aktın qəbul edilməsi Azərbaycan Dövlətinin dövlət qruluşunun əsaslarını ehtiva edən Azərbaycan Respublikası Konstitusiyasının 7-ci və 18-ci maddələri ilə ziddiyət təşkil edir.

Odur ki, Sizdən yuxarıda istinad edilən "qaydalar"ın aidiyyatı struktur qrumlarınızda baxılması və bu "qaydalar"ın Azərbaycan Respublikası Konstitusiyasına və digər normativ hüquqi aktlara uyğun olub-olmaması bizə rəy verilməsinin təmin olunması üçün aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verməyinizi xahiş edirik

Qoşma: Mətndə istinad edilən "qaydalar"ın sürətləri

Hörmətlə:

Mərkəzin sədri: Natiq Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi