Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Sahibkar yoxlamaya razılıq verməyə bilər?
Yoxlamaların qanuniliyini müəyyən etmək üçün sahibkarlar bu yazını oxusun...
Hansı hallarda yoxlamalar qanuni hesab edilir? Dövlət orqanlarının yoxlamanı təşkil etməsi üçün üzərinə hansı vəzifələr düşür? Yoxlamanın qanuni olmasını araşdırmaq üçün sahibkarlar nəyi bilməlidirlər?
Qanunun 3-cü maddəsində göstərilir ki, yoxlamalar yalnız bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
Qanunun 3.2-ci maddəsinə əsasən (bu maddədə göstərilənlər vergi yoxlamalarına da aiddir) bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişatında aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası Qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
Qeyd olunan bu maddənin tələblərinə əsaslanaraq bütün sahibkarlıq subyektlərinə (hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar nəzərdə tutulur) tövsiyə edirik ki, hər hansı bir dövlət orqanından, o cümlədən, vergi orqanlarından onların fəaliyyətini həyata keçirdikləri yerlərə yoxlama gələrkən, o cümlədən araşdırmalar, müayinələr, təftişlər, nəzarətlər, xronometrojlar, qeydlər, baxışlar və bu cür tədbirlər həyata keçirilərkən) mütləq şəkildə yoxlamanın və yuxarıda sadalanan digər tədbirlərin:
1) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu;
2) O cümlədən, yoxlamanın vahid məlumat reyestrində qeydə alınmasını araşdırsınlar:
Yalnız bundan sonra yoxlamanın aparılmasına razılıq verməklə şərait yaratsınlar.
Əgər yoxlamanın aparılması yuxarıda göstərilən tələblərə uyğun deyildirsə, onlara yoxlama aparmağa icazə verməməklə yanaşı, yoxlayıcı orqanın hərəkətlərindən bu Qanunun 34-cü maddəsinə əsasən yoxlayıcıların yuxarı orqanına şikayət versinlər.
Yoxlamanın qanuniliyini necə araşdırmaq olar?
Bunun üçün sahibkar ilk növbədə yoxlamanın vahid məlumat reyestrində qeydə alınmasına baxmalıdır.
Yoxlamaların vahid məlumat reyestri nədir və onu hansı orqan aparır?
Qanunun 13-cü maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövrülüyü, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumat əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) verməyə borcludurlar.
Azərbaycan Respublikası Prezidentinin 28.08.2013-cü tarixli Fərmanına əsasən yoxlamaların vahid reyestri və reyestrin forması və aparılması qaydasının təsdiq olunması Azərbaycan Respublikası Prezindenti tərəfindən həyata keçirilir. Yoxlamaların aparılmasının dövrülüyü, ardıcılığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
Yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsini araşdırmaqla yanaşı sahibkar yoxlamanın məqsəd və prinsiplərinə baxmalıdır...
***
Yoxlamaların məqsədi nədir? Sahibkarın yoxlanması onun cəzalandırılması üçündür, yoxsa intizamlandırmaq üçün? Yoxlamaların aparılmasında hansı meyar və prinsiplər əsas götürülməlidir? Sahibkar yoxlamanın məqsədəuyğun olduğunu necə müəyyənləşdirə bilər?
(Növbəti yazıda…)

Natiq Abdullayev
Azerbaijan İnternational Consulting Company-nin direktoru, hüquqşünas

Analitik.az





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi