Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş. Əliyev

Hörmətli Şahin müəllim.

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən demokratik hüquqi islahatlar nəticəsində Dövlətimizin mükəmməl qanunvericilik bazasının yaradılması və təkminləşdirilməsi təmin olunmuş və cəmiyyət həyatının inkişafı ilə əlaqədar qanunvericilik bazasının təkminləşdirilməsi davam etdirilir.

Hörmətli Şahin müəllim.

Bəzi hallarda normativ hüquqi aktlarda bu və ya digər səbəblərdən yanlışlıqlara yol verilməsi hallarına da təsadüf edilir. Belə yanlışlığa yol verilən normativ hüquqi aktın müvafiq bəndini diqqətinizə çatdırmağı zəruri hesab edirik. Belə ki, "Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə Məcəllələri haqqında Azərbaycan Respublikası Qanun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2000-ci il tarixli, 389 №-li Fərmanın 2.2-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin (Azərbaycan Respublikası İXM-si üzrə tutulur) 15-ci maddəsinin qeydinin ikinci abzasında "müvafiq icra hakimiyyəti orqanları" dedikdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti nəzərdə tutulur.

Azərbaycan Respublikası İXM-nin 15-ci maddəsinin "qeyd" hissəsinin ikinci abzasında göstərilmişdir ki, bu Məcəllənin 15.4-cü maddəsində " intizam nizamnaməsi (əsasnaməsi) tətbiq edilmiş digər şəxslər " dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında öz qulluq vəzifələrini icra edən şəxslər başa düşülür.

Azərbaycan Respublikası İXM-nin 15-ci maddəsinin "qeyd" hissəsinin ikinci abzasında təsbit olunanların, eləcədə Məcəllənin 15.4,15.3-cü maddəsinin yuxarıda göstərilən Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.2-ci bəndi ilə müqayisəli təhlili onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən Fərmanın 2.2- ci bəndində yanlışlığa yol verilərək həmin Məcəllənin 15-ci maddəsinin qeydinin ikinci abzasında "müvafiq icra hakimiyyəti orqanları" dedikdə "Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyəti nəzərdə tutulur" sözləri yazılmışdır.

Hörmətli Şahin müəllim.

Ümid edirik ki, müraciətimizdə göstərilənlərin öyrənilməsi və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanında yol verilmiş yanlışlığın aradan qaldırılması üçün zəruri tədbirlər görəcəksiniz.

Hörmətlə

Mərkəzin sədri Natiq Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi